Menu

Ödəniş

Nağd ödəniş

Nağd ödəniş 3 halda mümkündür:

 Məhsulu bizim kuryerlərimiz vasitəsilə əldə etdikdə (Bakı və Sumqayıt şəhərləri üçün)

 Sifariş edilən məhsulu özünüz götürdükdə

 Məhsulu Azərpoçt şöbəsindən götürdükdə (əlavə ödəniş)

 

Nağdsız ödəniş

Ödənişi saytımızda bank kartları (VİSA/MasterCard) vasitəsi ilə icra edə bilərsiniz.

Ödənişlərin təhlükəsizliyini bizim tərəfdaşlar təmin edir:

MilliKart, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı.

Hər hansı səbəbdən online ödənişdən ehtiyatlanırsınızsa, siz ödənişi həmişəki qaydada bank terminalı vasitəsi ilə də edə bilərsiniz. Sizin rahatlığınız üçün kuryerlərimiz mobil bank terminalları ilə təmin edilib. Həmçinin, ödənişi istənilən mağazamızda, kassirə sifarişinizin nömrəsini deməklə icra edə bilərsiniz.

 

Kredit

İstirahət və ya təhsilə, şəxsi ev və yaxud avtomobil üçün pul yığırsınız? Sabit gəliriniz və yaxşı kredit tarixiniz var? 
O zaman məişət texnikası və elektronikanın alınması üçün qənaət etməyə ehtiyac yoxdur. Bizim partnyorumuz olan EmbaFinans-ın istehlak krediti üzrə sərfəli təklifindən yararlanın. Məişət texnikasını 24 ay müddətində kreditlə əldə edin. Kredit sifarişi üçün minimal anket məlumatları və şəxsiyyət vəsiqəsinin təqdim edilməsi yetər. Kredit üzrə faiz dərəcələri ilə seçdiyiniz məhsulun vərəqəsində tanış ola bilərsiniz. Sifarişinizi bizim saytda tərtib edib, mütəxəssislərimizin zəngini gözləyin.

 

Kredit kartları

Alış-verişlərinizi taksit kartı vasitəsi ilə birbaşa saytda həyata keçirin. Sadəcə olaraq, öz bankınızı seçin və kredit müddətini qeyd edin (6 və ya 12 ay). Sizi maraqlandıran məhsulun kredit şərtləri ilə, məhsulun göstərildiyi səhifədə tanış ola bilərsiniz. Taksit kartı və kredit müddətini isə sifarişi səbətdə rəsmləşdirdiyiniz zaman müəyyən edə bilərsiniz.

 

Çatdırılma

 

Bakı və Sumqayıt şəhərlərinə:

Kuryer vasitəsi ilə

Pulsuz çatdırılma sifariş qəbul olunduqdan sonra növbəti gün səhər saat 10:00-dan axşam 20:00-dək yerinə yetirilir. Sifarişin məbləği 50 M yuxarı olduqda pulsuz çatdırılma edilir. 

Ödənişli çatdırılma sifariş qəbul olunduqdan növbəti gün səhər saat 10:00-dan axşam 20:00-dək yerinə yetirilir.
Sifarişin məbləği 30 M qədər olarsa, xidmətin qiyməti 15 M təşkil edəcək.
Sifarişin məbləği 30 M-dan 50 M -dək olarsa, xidmətin məbləği 10 M təşkil edəcək.

 

Azərbaycan üzrə

Azərpoçt

Sizin sifarişlərinizi Azərbaycanın istənilən bölgəsinə çatdırırıq. Sifarişiniz yaşadığınız əraziyə yaxın Azərpoçt şöbəsinə 2 gün ərzində çatdırılacaq və siz yerindəcə nağd ödəniş etməklə məhsulu əldə edəcəksiniz (online ödənişdən istifadə etməmisinizsə). Çatdırılma dəyəri məhsulun çəkisindən asılıdır. Çatdırılmanın dəqiq qiyməti sizi maraqlandıran məhsulun səhifəsində qeyd olunub.

Məhsulu özünüz götürdükdə

Məhsulun çatdırılmasına zaman sərf etmək istəmədikdə, şəxsən özünüz sizə münasib olan mağazamızdan əldə edə bilərsiniz. Bu zaman online mağazanın meneceri ilə mağazaya gəlişinizin vaxtını dəqiqləşdirməyiniz xahiş olunur. Seçdiyiniz məhsulu arzuladığınız mağazaya ötürdükdə, biz sizi məlumatlandıracağıq.

 

ENDİRİMLƏRDƏN XƏBƏRDAR OLUN!